-
- 10-09-2024, 22:58
- 379
Seriallarla yox BU YOLLARLA MİLYONER OLDULAR
İspaniya mətbuatı Can Yaman, Hande Erçel, Kerem Bürsin və Demet Özdemirin necə milyonçu olduqlarını yazıb.
News24.az xəbər verir ki, bu aktyorların seriallardan aldıqları maaşla deyil, strategiyaları sayəsində pula qərq olduqları yazılıb.
Varlanmaq və diqqət çəkmək üçün bu 4 adın da eyni strategiyanı tətbiq etdiyinə diqqət çəkilib.
Can Yamanın dünyaca məşhur bir avtomobil markasının siması olduğunu bilirik. Kerem Bürsin də başqa bir avtomobil markası ilə müqavilə imzalayıb.
Can Yamanın Mercedes-Benz, Kerem Bürsinin isə BMW ilə müqaviləsi var. Sosial media hesablarında yazılar vasitəsilə avtomobilləri reklam edərkən, bu fenomen strategiyası ilə xeyli pul qazanıblar.
Məsələn, Kerem Bürsinin İnstaqramda 10,6 milyon izləyicisi var. O, İnstaqramda BMW, Lipton Ice Tea və NFT şirkəti TheOlyverse haqqında yazılar paylaşıb.
İnstaqramda 28 milyon izləyicisi olan Hande Erçel sosial şəbəkədə paylaşımlar edərək zərgərlik firması Atasay və geyim firması Nocturne-nin siması olaraq pul qazanır.
Sosial media saytı olan İnstaqramda 9,5 milyon izləyicisi olan Can Yaman İtaliyaya köçdükdən sonra öz adı ilə ətir buraxıb. Onun həmçinin makaron istehsalçısı Cecco, geyim şirkəti Tudor və Mercedes-Benz avtomobil şirkəti ilə müqavilələri var.
Demet Özdemirin İnstaqram hesabında 15,1 milyon izləyicisi var. O, Pantene haqqında paylaşımlar edir.
Bu 4 ulduz seriallar bir yana qalsın, özlərini brendə çevirərək pul qazanırlar. Bir sözlə, onların hamısı sosial şəbəkələrindən maksimum yararlanaraq milyonlarla gəlir əldə edirlər.
Kerem Bürsin və Hande Erçel, Can Yaman və Demet Özdemir seriallarda milyonlarla izləyicini cütlük xəyalına çevirərkən, qazandıqları şöhrəti pula çevirməyin yolunu tapıb və sosial media hesablarını reklam kanalına çeviriblər.
Milyonlarla azarkeşi olan bu 4 ad üçün fan-klublar, sosial mediada xüsusi səhifələr yaradılıb. Onlar haqqında hər gün yüzlərlə məzmun hazırlanır. Bütün bunlar izləyicilərin sayını artırmağa imkan verir. İzləyiciləri artdıqca sponsor şirkətlər də qapılarını döyür və bu məşhur adların sosial media hesablarından satış strategiyası kimi istifadə edirlər. Bunun müqabilində çox yaxşı pul ödəyirlər.
İspaniya mətbuatı da güman edir ki, bu dörd ulduz öz strategiyalarında birlikdə hərəkət etsələr, qazandıqları pulu ikiqat artıra biləcəklər.
Məryəm İlhamqızı