Narinin atası əmisi Səlim Gürandır?
    • 10-09-2024, 16:12
    • 215

Narinin atası əmisi Səlim Gürandır?

Avqustun 21-də Diyarbakırın Bağlar rayonunun Tavşantəpə məhəlləsində itən 8 yaşlı Narin Güranın cəsədi 19 gün sonra çuval içində axar suda tapılıb.

News24.az xəbər verir ki, istintaq çərçivəsində avtomobilində Narin DNT-si aşkarlanan Tavşantəpə rayon muxtarı və Narin Güranın əmisi Səlim Güran sentyabrın 2-də həbs edilib. Cansız meyit tapıldıqdan sonra Narinin valideynləri də daxil olmaqla 24 nəfər saxlanılıb.

Digər tərəfdən, Narini kimin və niyə öldürdüyü ilə bağlı müxtəlif iddialar var. Bunlardan biri Narinin anası ilə həbs olunan əmisi arasında münasibətin ola biləcəyi və balaca qızın bu vəziyyətin şahidi ola biləcəyi idi. İstintaq davam edərkən Narinin bioloji ailəsini müəyyən etmək üçün valideynlərinə aparılan DNT testinin nəticələri məlum olub.

NARİNİN ATASI KİMDİR?

Türkiyəli jurnalist Emrullah Erdinçin əldə etdiyi məlumata görə, Narinin əmisi Səlim Güranın övladı olması iddialarından sonra aparılan test nəticəsində Narinin bioloji ailəsi məlum olub. Belə ki, onun əmi Səlim Güran qızı olması ilə bağlı iddialar təkzib edilib.

Günel Məlikzadə