-
- 11-09-2024, 09:13
- 273
2 yaşlı körpə döyüldü, anası həbs edildi
Türkiyədə döyülüb, beynindən əməliyyat olunduğu iddia edilən 2 yaşlı körpə qız uşağının həyati təhlükəsi davam edir.
News24.az xəbər verir ki, S.Y. adlı körpə yaxınları tərəfindən dünən gecə xəstə olduğunu bildirərək xəstəxanaya aparılıb. Bədənində döyülmə izləri olan körpə beyin qanaması şübhəsi ilə başqa xəstəxanaya sövq edilib.
Döyüldüyü iddia edilən körpə şəhər xəstəxanasında beyin əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdirilib. Həyati təhlükəsi aşkarlanan körpənin müalicəsi davam edir.
Hadisə ilə bağlı saxlanılan 5 nəfər arasında ana B.Y. həbs olunub.
Günel Məlikzadə