-
- 11-09-2024, 23:03
- 338
Unu bu ÜSULLARLA QORUYUN - HƏŞƏRATLARIN QARŞISINI ALIR
Xəmir xörəklərinin əsas tərkib hissəsi kimi istifadə edilən un adətən yeməklərə zövqə görə əlavə edilir. Ona görə də bir çox müxtəlif reseptlərə daxil olan paket unu alırıq ki, hər an hazır olsun.
News24.az xəbər verir ki, əgər un düzgün saxlanmazsa, içərisi həşəratlarla dolmağa başlayacaq. Bu problemdən qaçmaq üçün unun düzgün saxlanması ilə bağlı müəyyən məsləhətləri bilməlisiniz.
İlk öncə bilməlisiniz ki, unu paketdə yox, şüşə qablarda saxlamaq lazımdır.
Eyni zamanda günəş işığı olmayan yerdə saxlamaq həşəratların qarşısını alacaq. Bundan əlavə, un quru və sərin yerdə, günəş işığından uzaqda saxlanmalıdır.
Başqa üsul kimi unu saxladığınız qaba iki dəfnə yarpağı da əlavə edə bilərsiniz.
Dəfnə yarpağının buraxdığı kəskin qoxu həşəratların qaçmasına şərait yaradacaq. Dəfnə yarpaqlarından istifadə etmək istəmirsinizsə və ya tapa bilmirsinizsə, mixək də oxşar funksiyanı yerinə yetirəcək.
Məryəm İlhamqızı