-
- 10-09-2024, 23:07
- 502
Dəfnə yarpağının xeyirləri - ƏTRAFLI
Dəfnə yarpağının dünyanın ən qədim ədviyyatlarından biri olduğunu az adam bilir. Bu yarpaqların tərkibi çox zəngindir. Onların tərkibində antiinflamatuar və antioksidan maddələr var.
News24.az dəfnə yarpağının xeyirlərini təqdim edir:
1. Qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir.
Amerikalı elm adamları dəfnə yarpaqlarının insulin aktivliyini artıra biləcəyini aşkar ediblər.
2. Xolesterolu azaltmağa kömək edir.
Məlum olub ki, hər gün bir az əzilmiş dəfnə yarpağı qəbul etsəniz, 30 gün ərzində “pis” xolesterinin səviyyəsi azalacaq. Bitki həm də bir çox ürək-damar xəstəliklərinin qarşısını alır.
3. Xroniki xəstəliklər və iltihabla mübarizə aparmağa kömək edir.
Xroniki iltihab insanlar üçün çox təhlükəli olan fizioloji proses hesab olunur. Müntəzəm olaraq dəfnə yarpağından istifadə edən insanlar qanlarında iltihab səviyyəsini azaldır.
4. Xərçənglə mübarizə aparmağa kömək edir.
ABŞ alimləri çoxlu araşdırma aparıblar və aşkar ediblər ki, dəfnə yarpaqlarında olan maddələr xərçəng hüceyrələrinin böyüməsini boğmağa kömək edir və həmçinin onların bölünməsinin qarşısını alır.
Xüsusilə süd vəziləri, uşaqlıq boynu, qan və yoğun bağırsaq nahiyələrində təsirlidir. Ancaq mədə xərçəngi haqqında danışırıqsa, bu vəziyyətdə bu bitki təsirsizdir
5. Göbələk patogenlərini məhv etməyə kömək edir.
Bu bitki patogen göbələklərin yayılmasının qarşısını almağa kömək edən maddələrdən ibarətdir. Çox vaxt hər bir insan Candida cinsinə aid olan göbələklərə məruz qalır.
Dəfnə yarpaqları bu göbələklərin inkişafına mane olur. Axı, onlar insan bədənində bir çox iltihablı proseslərin törədicisi hesab olunurlar.
Qeyd edək ki, Bolqarıstan alimləri araşdırma aparıb və müəyyən ediblər ki, dəfnə yarpaqlarında bəzi mikrobları məhv etməyə kömək edən efir yağları da var.
Məryəm İlhamqızı