Samsung 45%-ə qədər işçisini İXTİSAR EDİR
    • 11-09-2024, 16:47
    • 244

Samsung 45%-ə qədər işçisini İXTİSAR EDİR

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ölkə hüdudlarından kənarda işçilərinin bir qismini ixtisar etməyə hazırlaşır. 

News24.az xəbər verir ki, bu qərar marketinq və satışla məşğul olan işçilərə, eləcə də inzibati vəzifələrə təsir edəcək. 

Marketinq və satış işçiləri üçün 15%-ə qədər, inzibati vəzifələr üçün isə 30%-ə qədər ixtisarların olacağı gözlənilir.

Planın bu ilin sonunadək həyata keçirilməsi planlaşdırılıb. Bu, Cənubi və Şimali Amerika, Avropa, Asiya və Afrikadakı işçilərə təsir edəcək. Lakin ixtisarların dəqiq bölgüsü açıqlanmayıb.

Samsung nümayəndələri bu məlumatın məxfiliyini əsas gətirərək şərh verməkdən imtina ediblər. Onlar bildiriblər ki, xarici bölmələrdə ştatların ixtisarı əməliyyat səmərəliliyinin artırılmasına yönəlmiş müntəzəm məşqdir.

Məryəm İlhamqızı