Samsung-un minlərlə əməkdaşı 3 günlük tətilə çıxdı
    • 8-07-2024, 12:11
    • 240

Samsung-un minlərlə əməkdaşı 3 günlük tətilə çıxdı

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung-da çalışan 6500-dən çox işçi bu gündən başlayaraq daha ədalətli əmək haqqı tələb edərək üç günlük tətilə çıxıb.

News24.az xəbər verir ki, işçilərin tələblərinə illik məzuniyyətin bir gün artırılması da daxildir. Onlar bildirib ki, tələbləri yerinə yetirilməsə, yenidən tətilə çıxacaqlar.

Yanvar ayından şirkət rəhbərliyi ilə həmkarlar ittifaqı arasında danışıqlar aparılır. 

Tətil iştirakçıları şirkətin təklif etdiyi 5,1 faiz maaş artımını rədd edib.

Məryəm