Bu qidaları birlikdə YEMƏYİN!
    • 12-09-2024, 00:33
    • 549

Bu qidaları birlikdə YEMƏYİN!

Qidaların birlikdə yeyilməsinin sağlamlığımıza zərər verməsi mümkündür. Bəzi qida kombinasiyaları mədə narahatlığına və zəhərlənmələrə yol aça bilir. Bir yerdə dadının yaxşı olduğunu düşündüyümüz yeməkləri birlikdə yeməyi xoşlayırıq. Ancaq sağlamlıq baxımından yediyimiz yeməklər bir-birinə uyğun olmalıdır. Təəssüf ki, çox vaxt buna əhəmiyyət vermirik və ya bu haqda məlumatımız olmur. Hansı qidaları birlikdə yemək olmaz? 

News24.az xəbər verir ki, mövzu ilə əlaqədar Modern.az-a danışan qida eksperti Fərid Səfərov bildirib ki, bəzi qidalar birlikdə istehlak edildikdə ciddi problemlər yarada bilər:

Qatıq və turp - turp tərkibində turşu və qazlı maddələr olan qidadır. Bu səbəbdən qatıqla birlikdə istehlak edildikdə mədə yanması kimi problemlər yaranır.

Gavalı və şaftalı - gavalı və şaftalı çox yüksək turşuluğa malikdir. Bu meyvələr mədə turşusunu artıra bilər. Bundan əlavə, hər iki meyvə allergik reaksiyalara səbəb ola bilər.

Sirkə və düyü - düyü lif tərkibli qidadır. Ancaq sirkə kimi tərkibində turşu olan qidalarla birlikdə istehlak edildikdə bu faydalı xüsusiyyətini itirir.

Süd və toyuq - süd və toyuq əti qida dəyəri baxımından eyni maddələri ehtiva edən qidalardır. Buna görə də hər ikisini birlikdə istehlak etmək orqanizmdə artıq protein və kalsium yığılmasına səbəb olur.

Nar və qırmızı ət - ət, nar və ya üzüm kimi qidalar qan əmələ gətirən xüsusiyyətlərə malikdir. Eyni anda çox miqdarda qan əmələ gətirən maddə bədənə daxil olduqda allergiya yarana bilər.

Sarımsaq və soğan - hər ikisini güclü antioksidantdır. Həddindən artıq istehlak edildikdə qan axını sürətləndirə bilər.

Süd və yumurta, toyuq və qatıq - tərkibində zülal olan iki fərqli heyvan məhsulunun eyni yeməkdə yeyilməsi zülalın orqanizmdə həzm oluna bilməməsi deməkdir. Bu isə orqanizmdə zəhərli tullantıların əmələ gəlməsinə və orqanizmin müqavimətinin pozulmasına səbəb olur.

Süd və bal - bal ilə süd içmək sağlam hesab edilən və çox istifadə edilən içkilərdəndir. Bununla belə, bal isti südlə qarşılıqlı əlaqədə olduqda zülal və minerallardan təmizlənir.

Ekspert sonda qeyd edib ki, bunun kimi çox nümunə göstərmək olar:

"Sağlamlığımızı qorumaq üçün mütləq maariflənməliyik, doğrusunu biləndən sonra isə hər şey daha da sadə və rahat olur. Sağlam qidalanaraq sağlam yaşayın!".