Mançester Siti" Fodenlə yeni müqavilə imzaladı
    • 15-10-2022, 00:14
    • 297

Mançester Siti" Fodenlə yeni müqavilə imzaladı

"Mançester Siti" futbolçusu Fil Fodenlə müqaviləni uzadıb.

News24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək sözləşmə imzalanıb.

Onun əvvəlki müqaviləsi isə 2024-cü ilin yayına qədər idi. 

Qeyd edək ki, Foden "şəhərlilər"in yetirməsidir. O, 2017-ci ildən klubun əsas komandasında oynayır. Futbolçu 2020-ci ildən İngiltərə millisinin üzvüdür.