HƏMAS: İsrail ilə bu halda razılaşma olmayacaq
    • 12-09-2024, 16:14
    • 371

HƏMAS: İsrail ilə bu halda razılaşma olmayacaq

HƏMAS və Fələstin Demokratik Azadlıq Cəbhəsi tərəfindən verilən ortaq açıqlamada, İsrailin Qəzzaya hücumlarının davam etdiyi bir vaxtda iki müqavimət hərəkatının "əhəmiyyətli" görüş keçirdiyi bildirilib.

News24.az xəbər verir ki, açıqlamada, "İsrailin hücumları sona çatdıqda Qəzza ilə bağlı qərar vermək hüququ Fələstin xalqına məxsusdur" ifadəsi işlədilib.

Vurğulanır ki, “Milli bütövlüyün xaricində olan hər hansı gücə işğal kimi baxılacaq və Fələstin ərazisində yer olmayacaq”.

“Biz təsdiq edirik ki, fələstinlilərin hücumların dayandırılması, Qəzza zolağından tamamilə çıxarılması, blokadanın yarılması, regionun yenidən qurulması və ciddi məhbus mübadiləsinə nail olmaq kimi tələbləri yerinə yetirilməyənə qədər sionist işğalı ilə heç bir razılaşma və ya anlaşma əldə olunmayacaq".

Günel Məlikzadə