Qəzzada ölənlərin sayı 30,3 mini keçdi
    • 2-03-2024, 19:40
    • 437

Qəzzada ölənlərin sayı 30,3 mini keçdi

İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində 30,3 mindən çox insan həlak olub. 

News24.az xəbər verir ki, bu barədə məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi verib.

Məlumata görə, daha 71 533 fələstinli isə yaralanıb.

Qeyd edək ki, təkcə son 24 saat ərzində İsrailin Qəzzanı bombalaması və atəşə tutması nəticəsində 92 nəfər ölüb, 156 nəfər yaralanıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Fələstin anklavına, Livan və Suriyanın bəzi hissələrinə qarşı qisas almağa başladı. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı noyabrın 24-dən qüvvədə olan atəşkəs rejimini pozmaqda ittiham edib və Qəzza zolağında yenidən hərbi əməliyyatlara gedəcəyini açıqlayıb. Fələstin Administrasiyası İsrailin yenidən təcavüzünə görə ABŞ-ı günahlandırıb.

Mehriban Mirzəzadə