Qəzzada son vəziyyət: Ölənlərin sayı 41 mini keçdi
    • 10-09-2024, 15:49
    • 133

Qəzzada son vəziyyət: Ölənlərin sayı 41 mini keçdi

İsrailin Qəzza zolağına hücumları 340 gündür ki, davam edir.

News24.az NTV-yə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 7 oktyabrdan bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 41 min 20-yə, yaralıların sayının isə 94 min 925-ə yüksəldiyi qeyd edilib.

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində məcburi köçkün fələstinlilərin çadırlarını növbəti dəfə vurub. Hücum nəticəsində azı 40 nəfər ölüb, 60 nəfər yaralanıb.

Günel Məlikzadə