-
- 12-09-2024, 18:03
- 339
"İran prezidentinin səfərini gözləyirik" - PUTİN
Rusiya prezidenti Vladimir Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədianla görüşündə İran prezidenti Məsud Pezeşkiyanın Rusiya Federasiyasına səfərini gözlədiyini bildirib.
"Pezeşkian oktyabrın 22-24-də Kazanda BRİKS sammitində gözlənilir. Bundan əlavə, Kreml ayrıca ikitərəfli söhbətə vaxt tapacaq. Biz onu Rusiyada və tam səfərdə görməyə şad olarıq, bu səfər çərçivəsində yeni böyük dövlətlərarası saziş imzalayacağıq”, - Rusiya lideri qeyd edib.
News24.az xəbər verir ki, onun sözlərinə görə, belə bir sənəd Rusiya ilə İran arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edəcək.
Qeyd edək ki, daha əvvəl Vladimir Putin Hindistanın baş naziri Narendra Modinin də BRİKS sammiti çərçivəsində ikitərəfli görüş keçirməsini təklif edib.
Məryəm İlhamqızı