İran prezidenti BRIKS sammitində iştirak edəcək
    • 20-08-2023, 21:40
    • 122

İran prezidenti BRIKS sammitində iştirak edəcək

İran prezidenti İbrahim Rəisi BRIKS sammitində iştirak edəcək.

News24.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Rəisi avqustun 23-də Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərinə yola düşəcək.

İran prezidenti Cənubi Afrika prezidenti Siril Ramafosanın dəvəti ilə XVI BRIKS sammitində iştirak edəcək.

Avqustun 22-24-də Yohannesburqda keçiriləcək BRIKS sammitində Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın liderləri iştirk edəcək.

Rusiyanı sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Rusiya Prezidenti Vladimir Putin sammitə videokonfrans vasitəsilə qatılacaq./APA /