Telefona görə müəllimə hücum etdi - beyni silkələndi...
    • Dünən, 20:44
    • 163

Telefona görə müəllimə hücum etdi - beyni silkələndi...

Krımda 5-ci sinif şagirdi telefonuna görə müəllimi vurub, qadının beyni silkələnib. 

News24.az xəbər verir ki, bu barədə “Mash on the Wave” Telegram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, hadisə Simferopol yaxınlığında baş verib. Gimnaziyanın 5-ci sinif şagirdi musiqi dərsi zamanı telefonundan istifadə edib və müəllim cihazı ondan alıb. Qeyd olunub ki, bu dərs ilindən məktəblilərin məktəbə telefonla getməsi qadağan edilib.

Dərs bitdikdən sonra beşinci sinif şagirdi müəllim masasına keçib telefonunu götürüb. Müəllim şagirddən izahat tələb edib və o, qadına hücum edib. 

Nəticədə müəllimə beyin silkələnməsi diaqnozu qoyulub. 

Məktəb əməkdaşına hücum edən oğlanla söhbət aparılıb. Bundan əlavə, ona psixoloqla seanslar təyin edilib.

Məryəm İlhamqızı