Pəncərələri ləkəsiz təmizləmək üçün BU ÜSULLARDAN İSTİFADƏ EDİN
    • 13-09-2024, 17:39
    • 6 103

Pəncərələri ləkəsiz təmizləmək üçün BU ÜSULLARDAN İSTİFADƏ EDİN

Şüşələrin təmizlənməsi ev təmizliyinin vacib hissəsidir və hər kəs pəncərələrinin ləkəsiz parıldamasını istəyir. Ancaq bəzən şüşəni təmizləməkdə çətinlik çəkə bilərik. Davamlı olaraq yağışa və toza məruz qalan şüşələr tez çirklənir və bununla mübarizə aparmaq üçün effektiv şüşə təmizləmə üsullarını bilmək lazımdır.

News24.az həmin üsulları təqdim edir:

- Ağ sirkə: Tərkibində turşu olan sirkə təkcə pəncərələrinizin parıldamasına səbəb olmayacaq. O, həm də mikrobları məhv edir və onu faktiki olaraq dezinfeksiya edir. Bir az qaynar su hazırlayın və içinə bir stəkan ağ sirkə əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra pəncərələrə püskürdün və silin. Bundan sonra təmiz bir parça ilə qurudun.

Limon suyu: Limon suyu sirkə kimi turşu ehtiva edir və dezinfeksiyaedici təsirə malikdir. Limon suyunun şüşə təmizləməyə təsiri üçün vedrəyə ilıq su tökün və bir limonun suyunu sıxın. Hazırladığınız qarışığı sprey qabı vasitəsi ilə pəncərələrinizə püskürdün və silin. Sonra quru bir parça ilə üstündən keçməyi unutmayın.

Şüşəni təmizləyərkən suya duz əlavə edə bilərsiniz. Şüşə təmizləyici su hazırlayarkən suya nə qoysanız da, ən çox fərqi duz əlavə etdikdə görəcəksiniz. Çünki duz pəncərələri asanlıqla təmizləməyə kömək edir və onlara parlaqlıq verir.

Sirkə şüşə təmizləmədə ən çox istifadə edilən üsullardan biridir. Hər evdə var və effektiv təmizlik təklif edir. Şüşəni təmizləyərkən qalıq qalmaması üçün sirkə qarışığı hazırlaya bilərsiniz. Bunun üçün yarım vedrə suya 1 stəkan sirkə əlavə etməlisiniz. Qarışığa bir az qabyuyan yuyucu toz da töküb qarışdırmalısınız. Bu su ilə şüşələri siləndə onun parıltısına inanmayacaqsınız.

Məryəm İlhamqızı