Krandakı ərpləri təmizləməyin TƏBİİ ÜSULLARI
    • 11-09-2024, 20:06
    • 1 942

Krandakı ərpləri təmizləməyin TƏBİİ ÜSULLARI

Hamam və mətbəxlərdəki kranlar daimi su axını səbəbindən ərplənməyə başlaya bilər. Eyni zamanda kranın ətrafına sıçrayan və su ləkələri kimi qalığa çevrilən ləkələr də ərpə səbəb olur.

News24.az xəbər verir ki, kranların parlaq və təmiz görünməsinə mane olan bu ərpi aradan qaldırmaq üçün istifadə edilən kimyəvi maddələr krandan axan suyun keyfiyyəti də daxil olmaqla bir çox fərqli vəziyyətə təsir edə bilər. Buna görə də, təbii üsullardan istifadə etmək ən yaxşı seçimdir.

Ərpi aradan qaldırmağın təbii üsulları bunlardır:

Soda və limon: Yüksək turşu tərkibli limonun təbii təmizləyici məhsul olan soda ilə birləşməsi ərpi aradan qaldırmağa kömək edir. Bu üsulu hazırlamaq üçün sodaya limon suyu əlavə edin və krem halına çatana qədər qarışdırın.

Sonra bu qarışığı kranların üzərindəki ərp olan yerlərə çəkin və 5 dəqiqə gözləyin. Sonra kranları nəm parça ilə sildikdə onunla birlikdə ərp qatının da çıxdığını görə bilərsiniz.

Duz və sirkə: Başqa bir təbii üsul duz və sirkədən istifadə etməkdir. Əvvəlcə uyğun bir sprey şüşəsinə bir stəkan sirkə tökün. Sonra 2 xörək qaşığı duz əlavə edin və 1 çay stəkan su ilə seyreltin. Sprey şüşəsinin qapağını bağlayın və qarışıq homojen olana qədər silkələyin. Sonra bu qarışımdan istifadə edərək kranın ərpini asanlıqla təmizləyə bilərsiniz.

Məryəm İlhamqızı