15 yaşlı oğlan keçmiş arvadını bıçaqladı
    • 14-09-2024, 11:05
    • 526

15 yaşlı oğlan keçmiş arvadını bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi olub.

News24.az xəbər verir ki, şəhər sakini 18 yaşlı Aygün Əmiraslanova bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb.

Qadın əməliyyat olunsa da, vəziyyətinin ağır olduğu deyilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Murad Əmiraslanov Aygün Əmiraslanovanın keçmiş həyat yoldaşıdır.