-
- 5-12-2020, 13:40
- 704
Gəncədə 24 yaşlı oğlan bıçaqlandı
Dekabrın 5-də saat səhər saat 10 radələrində Gəncə şəhər sakini 24 yaşlı Sərxan Qasımov sağ-qarın nahiyəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, zərərçəkəni dindirmək mümkün olmayıb.
Hazırda cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. /qafqazinfo/