DİN İşğaldan azad olunan ərazilərimizlə bağlı məlumat yaydı
    • 14-09-2024, 11:46
    • 257

DİN İşğaldan azad olunan ərazilərimizlə bağlı məlumat yaydı

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

News24.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qeyd olunub ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə 7-13 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 5 avtomat silahı, 4 tapança, 6 tüfəng, 13 qumbara, 16 alışdırıcı, 5 süngü-bıçaq, 20 patron darağı, 679 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonu ərazisindən 1 qumbara, 1 alışdırıcı, 196 ədəd müxtəlif çaplı patron, Kəlcər rayonu ərazisindən 1 qumbaraatan və 5 ədəd mərmi, Tərtər rayonu ərazisindən 1 qumbaraatan, 6 patron darağı, 180 ədəd müxtəlif çaplı patron, Xocavənd rayonunun Muğanlı kəndi ərazisindən 51 mərmi, 243 qumbara, 28780 ədəd müxtəlif çaplı patron, 58 barıt atımı, 62 alışdırıcı, Ağdam rayonunun Papravənd kəndi ərazisindən 2 avtomat, 5 mərmi, 55 ədəd müxtəlif çaplı patron, 2 patron darağı, Qubadlı rayonunun Qaraağacı kəndi ərazisindən 1 avtomat, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.