-
- 14-09-2024, 18:58
- 277
Mask tualetə də mühafizəçi ilə gedir
İlon Maskın şəxsi mühafizəsi ona hər il milyonlarla dollara başa gəlir.
News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “The New York Times” “Tesla” şirkətinin daxili sənədlərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Mask müntəzəm olaraq ölüm təhdidləri və təqiblərlə üzləşir. Ona yaxın olan, adı açıqlanmayan mənbələr nəşrə bildiriblər ki, tez-tez təhdidlər səbəbindən Mask daha təcrid olunmuş həyat tərzi sürməyə başlayıb.
Qəzet qeyd edir ki, Maskın mühafizəçiləri onu hətta tualetdə belə tək qoymurlar. Sahibkar nadir hallarda özünün “X” şirkətinin tualetinə gedəndə cangüdənsiz hərəkət edir.
Nəşrin məlumatına görə, əvvəllər Maskı yalnız iki mühafizəçi müşayiət edirdisə, indi o, 20 təhlükəsizlik mütəxəssisi ilə səyahət edir. Bildirilib ki, onlar silahlıdırlar, Maskın girməli olduğu binaları yoxlayır və sahibkara yaxınlaşma yollarını öyrənirlər. Qəzetə müsahibə verən təhlükəsizlik ekspertlərinin fikrincə, milyarder biznesmen kimi yox, dövlət başçısı kimi qorunur.
“Tesla” ilk dəfə 2024-cü ildə Mask üçün keçən ilki təhlükəsizlik xərclərinə dair məlumatları açıqlayıb ki, bu da 2,4 milyon dollar təşkil edib.