-
- 18-07-2024, 23:12
- 460
Bayden İlon Maskın əlindən bezib
ABŞ prezidenti Co Bayden milyarder İlon Maskı tənqid edərək onu “seçkiləri satın almağa” cəhddə ittiham edib.
News24.az AzVision.az-a istinadla xəbər verir ki, ABŞ-nin indiki prezidenti bununla bağlı sosial şəbəkədə status paylaşıb.
“İlon Maskın və onun zəngin dostlarının seçkiləri satın almağa çalışmasından bezmişəm”, - Co Bayden “X” sosial şəbəkəsində özünün şəxsi akkauntunda yazıb.
ABŞ prezidenti yazdığı posta Tramp və Maskın fotosu və keçmiş prezidenti “məğlub etmək” çağırışının təsvir olunduğu demokratlara ianələr üçün vebsayta keçid əlavə edib.
Qeyd edək ki, Mask dəfələrlə Baydeni ələ salıb və qarşıdan gələn prezident seçkilərində respublikaçı namizədə səs verəcəyini açıq şəkildə bildirib. Bu həftə isə “Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən yazıb ki, İlon Mask Trampın seçki kampaniyasını dəstəkləmək üçün yeni siyasi komitəyə ayda 45 milyon dollar verməyi planlaşdırır. Lakin milyarder-biznesmen bu məlumatı təkzib edib.