-
- 13-06-2019, 12:33
- 1 069
Bakıda həbs edilmiş sabiq deputatla bağlı YENİ XƏBƏR
Bir müddət əvvəl Beynəlxalq Bank qalmaqalı ilə bağlı həbs edilən sabiq deputat, iş adamı Dünyamin Xəlilov Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin bir çox maddələri ilə ittiham edilmiş Xəlilov Dünyamin Zakir oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və hökmün dəyişdirilməsini xahiş edib. Məsələyə Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.
İş üzrə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti və “Azərbaycan Beynəlxalq Bankı” ASC zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsi daha sonra cəzanı 12 il 9 aya endirib.
D.Xəlilov Bakıda tanınmış “Globus Plaza”nın sahibidir. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumu və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.