Sentyabrın 16-sı saat 11:00-dan 16:00-dək... - DİQQƏT!
    • 15-09-2024, 23:11
    • 3 083

Sentyabrın 16-sı saat 11:00-dan 16:00-dək... - DİQQƏT!

Sabah Bakının Qaradağ və Səbail rayonlarında su kəsiləcək.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Səngaçal istiqamətində Kür 1 xəttində baş verən qəza hadisəsinin aradan qaldırılması işləri ilə əlaqədar sentyabrın 16-sı saat 11:00-dan 16:00-dək Qaradağ rayonu ərazisinə, Lökbatan qəsəbəsinə və Səbail rayonunun bir hissəsinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.