Qaradağ və Hacıqabulda SU KƏSİLƏCƏK
    • 7-02-2022, 15:37
    • 332

Qaradağ və Hacıqabulda SU KƏSİLƏCƏK

Bu gün axşam saatlarından başlayaraq sabah günün sonuna qədər Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsinə və Ələt qəsəbəsinin bir hissəsinə, həmçinin Hacıqabul rayonunun Qızılburun, Atbulaq kəndlərinə, Navahı kəndinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə News24.az-a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, fasiləyə səbəb Kür-Bakı magistral su kəmərində planlaşdırılan əsaslı təmir işləridir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.