-
- 13-06-2019, 14:41
- 1 445
Bakıda“Aquatic Cup 2019” adlı II Beynəlxalq turnirində 150 gimnast iştirak edir
Bu gün Gimnastika Federasiyası və Su idmanı sarayının birgə təşkilatçılığı ilə Bədii Gimnastika üzrə “Aquatic Cup 2019” adlı II Beynəlxalq turnir keçirilib.
News24.az-ın xəbərinə görə, turnirdə Azərbaycan gimnastları ilə yanaşı, Russiya, Qazaxıstan və Özbəkistandan olan gimnastlar da iştirak ediblər. 5-15 yaşlı gimnastlar arasında keçirilən turnir Bakı İdman zalında baş tutub. İki gün davam edəcək yarışlarda idmançılar müvafiq yaş qrupları və kateqoriyalarda mübarizə aparıblar.
“Aquatic Cup 2019” Beynəlxalq Turnirinə baş hakimlik beynəlxalq dərəcəli hakim və məşqçi, Su idman sarayının Bədii Gimnastika üzrə baş məşqçi Aysel Allahverdiyevaya həvalə edilib.
Açılış mərasimində jurnalistlərə açıqlama verən Aysel Allahverdiyeva bildirib ki, bu yarışlarda 150-dən çox gimnast iştirak edir. Onun sözlərinə görə, gimnastların ən kiçik yaş qrupu 2005, ən böyük yaş qrupu isə2014-cü il təvəllüdlü iştirakçılardır: «Yarışın məqsədi bədii gimnastikanın ölkədə inkişafı,azyaşlı gimnastların daha çox təcrübə qazanmaqları və bu yolda daha uğurlu irəliləmələridir. Çünki beynəlxalq yarışlarda gimnastlar tək xaricdə yox, öz ölkəmizdə də çıxış etməlidirlər. Öz ölkəmizdə də çıxış etsələr, bu onların gələcək fəaliyyətlərində daha önəmli və vacib addım olar».
Bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilyeva bu yarışın yalnız turnir deyil, həm də bayram ovqatlı olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın bədii gimnastikasının gələcək uğurları iki gün ərzində iştirak edəcək iştirakçılar asılıdır: «Biz bu yarışda iştirak edəcək uşaqlardan gözləntilərimiz çoxdur. Düzdür, hələ ki deyə bilmərik onlar qalib olacaqlar, bu iştirakçılar çox balacadırlar, bu səbəbdən dəonları yığma komandaya qəbul etmək hələtezdir. 4-5 ildən sonra düşünürəm ki, bu uşaqların arasından qaliblər çıxacaq».
Afaq Mirayiq
Foto-video - Fərid Şabanov