-
- 17-10-2019, 11:12
- 1 019
İdmançılarımız Hərbçilərin VII Dünya Oyunlarında İŞTİRAK EDƏCƏK
Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Çin Xalq Respublikasında keçiriləcək Hərbçilərin VII Dünya Oyunlarında iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oktyabrın 18-dən 28-dək Uxan şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi yarışlarda ölkəmizi MOİK-in güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edəcək.
Yarışlara sərbəst və yunan-Roma güləşçilərimizi beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, hərbçilərin Olimpiya Oyunlarının qızıl medalçısı, hərbçilər arasında keçirilən XXX dünya çempionatının qalibi mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında Avropa və dünya birinciliklərinin dördqat çempionu mayor Taleh İsrafilov, bokusçularımızı Rauf Aydınov, cüdoçularımızı isə Rauf Vəliyev hazırlayıb.
MOİK komandasının heyətində ümumilikdə dörd qadın idmançı mübarizə aparacaq.
Qeyd edək ki, çempionata qatılan komandamızın tərkibində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar əksəriyyət təşkil edir. Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Faiq Kərimov, Anar Babanlı, Valeh Məhərrəmov, Elman İsmayılov da Uxan şəhərinə yola düşəcək.
Çin Xalq Respublikasının Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərindəki 35 idman kompleksində keçiriləcək oyunlarda 100-dan çox ölkədən təxminən 10 min hərbçinin iştirak edəcəyi gözlənilir. Oyunlarda 27 növ üzrə 329 yarış keçiriləcək ki, bu da hərbçilərin ən böyük dünya oyunları olacaq. Stolüstü tennis hərbçilərin Dünya Oyunlarının proqramına ilk dəfə olaraq daxil edilib. Gimnastika və tennis üzrə yarışlar isə nümayiş xarakteri daşıyacaq.