Flora Kərimova: “Allaha barmaq silkələmirəm” - VİDEO
    • 13-06-2019, 14:59
    • 1 769

Flora Kərimova: “Allaha barmaq silkələmirəm” - VİDEO

Xalq artisti Flora Kərimova “Ağ və qara” layihəsinin qonağı olub.

News24.az xəbər verir ki, Azərbaycan Dövlət Televiziyasında aktyor Kamran Ağabalayevin aparıcılığı ilə yayımlanan verilişdə Flora Kərimova Allahın verdiyi qismətlə razılaşdığını, çox nadir hallarda üsyan etdiyini bildirib: “Qara bulud başımın üstünü alanda, hər insan kimi mənim də Allahım yadıma düşür. Amma ondan küsmürəm, qıcıqlanmıram, ona barmaq silkələmirəm”.

Müğənni deyib ki, həyatının ən çətin məqamlarında Allahla danışır, suallarının cavabını onda tapmağa çalışır: “Elə ki, görürəm duman yığılıb, yağış yağacaq, ondan səbəbini soruşuram? “Sənə nə elədim? Məni sən yaratdın, yetmiş səkkiz ildir yaşadırsan...  Bu taleyi sən yazdın. Niyə qələmi düz tutmadın? Məni niyə çəhrayı həyata layiq görmədin? Niyə mənimlə belə davrandın, məndən nə istəyirsən?! Xoş günümdə də düşünürəm ki, bu, Allahın payı, lütfüdür”.