Röyanı məhkəməyə verən Flora Kərimova hədələdi
    • 29-08-2018, 18:25
    • 1 350

Röyanı məhkəməyə verən Flora Kərimova hədələdi

Uzun müddətdir aralarında qalmaqal yaşanan iki sevilən müğənni- Flora Kərimova və Röya arasında yenidən
qalmaqal alovlanıb. 

Belə ki, bir müddət öncə Röya Ayxanın Flora Kərimova haqda işlətdiyi "Sən niyə  ölmürsən axı?" ifadəsi xalq artistini özündən çıxarıb.

News24.az-ın xəbərinə görə,Flora Kərimova bu məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib:

"Mən demişəm, yenə təkrar edirəm: məhkəmədən tutmuş, mənə yönləndirilən güvəndiklərinə qədər hər bir qərəzli sözün sahibinin boynuna biçiləcək cavabım var. Bu 78 ili "sizlər" kimi necə gəldi yaşamadım ki, öz beyninizə görə mənə söz deməyə həm diliniz ola, həm dilçəyiniz olsun. 

Səni analığına bağışladım, layiq olduğun-olmadığın xoş sözlərlə başa salmağa çalışdım. Görürəm ayağın yer aldı. Açıq məhkəmədə görüşənədək".

Qeyd edək ki, F.Kərimova ilə Röya arasında uzun müddətdir qalmaqal gedir. Kərimova müğənni ilə bağlı köşə yazısı yazmışdı. Qarşı tərəf də ona sərt sözlərlə cavab verib. Sonuncu dəfə isə Röya Kərimovanın qızına müraciət edərək "Zümrüd, xahiş edirəm bu sənətkara diqqət ayırın. Ayıbdır artıq. Hüseynə de ki, sağım-solum bəlli deyil. Səbrimi doldurdu" sözlərini deyib.