"Mənim üçün gözəl qadın Sibel Candır"
    • 16-09-2024, 20:47
    • 384

"Mənim üçün gözəl qadın Sibel Candır"

Sənətdə 60 illik yubileyini qeyd edən Bülent Ersoy ötən axşam Bodrumda pərəstişkarlarına unudulmaz gecə yaşadıb.

3 saatdan çox yorulmadan səhnədə qalan Bülent Ersoy onu tək qoymayan pərəstişkarlarına: "Hər kəsin məkanlarını bağladığı bir vaxtda pərəstişkarlarımın məni tək qoymaması məni çox qürurlandırdı" deyib.

Səhnədən əvvəl verdiyi müsahibədə yeni seçilən Türkiyə gözəli İdil Bilgen haqqında fikirləri soruşulan Bülent Ersoy "Qız Şabaniyeyə oxşayır. Kişi siması var. Mən daha çox qadın xüsusiyyətlərini bəyənirəm. Mənim üçün gözəl qadın Sibel Candır", - sözlərini deyib.

Məryəm İlhamqızı