Qənirə Paşayevanın yerinə görün kim SEÇİLDİ - FOTO
    • 16-09-2024, 15:31
    • 671

Qənirə Paşayevanın yerinə görün kim SEÇİLDİ - FOTO

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası sentyabrın 1-də VII çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin yekun nəticələrini açıqlayıb.

News24.az-ın xəbərinə görə, 106 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Səfərov Nizami Abdulla oğlu (YAP) deputat seçilib. 

Qeyd edək ki, mərhum Qənirə Paşayevanın dairəsi olan 106 saylı (əvvəllər 105 saylı) Tovuz seçki dairəsindən Nizami Səfərov namizəd olaraq irəli sürülüb və bu gün açıqlanan son nəticələrə görə o, deputat seçilib.

Xatırladaq ki, son çağırışda Qənirə Paşayeva bu dairədən seçilmişdi.

Qeyd edək ki, Nizami Səfərov Milli Məclisin V çağırış deputatı idi.

Aqil Qarayev