Paşinyan sülh üçün "nota göndərdi":
    • 16-09-2024, 16:18
    • 7 998

Paşinyan sülh üçün "nota göndərdi": "İmzalamağa dəvət edirik"

Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətninin 80%-i üzrə razılığa gəliblər.

News24.az "Sputnik"-ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, qeyd edib ki, İrəvan Bakıya onu imzalamağı və diplomatik münasibətlər qurmağı təklif edir.

Qeyd edək ki, son dövrlərdə tərəflər arasında sülh prosesinə dair müəyyən razılaşmalar əldə edilsə də, bəzi vacib məsələlər hələ də mübahisə mövzusu olaraq qalır. Nikol Paşinyan 16 əsas maddədən ibarət sülh planının 13 maddəsində razılığın əldə edildiyini bildirsə də, digər kritik maddələr üzərində danışıqlar davam edir. 

Sülhün imzalanmasının ləngiməsi, həm regionda gərginliyin saxlanılmasına, həm də beynəlxalq arenada bu məsələnin müzakirə olunmasına səbəb olur.

Aqil Qarayev