-
- 16-09-2024, 22:45
- 375
Dünyanın ən yaşlı pişiyi DÜNYASINI DƏYİŞDİ
İngiltərənin “The Sun” qəzetinin xəbərinə görə, İngiltərənin Norfolk şəhərində yaşayan 73 yaşlı Lila Brisset məsələ ilə bağlı açıqlama verib.
News24.az xəbər verir ki, Brisset 1990-cı illərdə övladlığa götürdüyü pişiyi Rozinin 33 yaşında öldüyünü bildirib.
Pişiyin yaşının insan illərində 152 yaşa bərabər olduğu qeyd edilib.
Qeyri-rəsmi qeydlərə görə, dünyanın ən yaşlı pişiyi kimi tanınan Rozinin sahibi Brisset öz pişiyinin rəsmi olaraq bu titulu alması üçün Ginnesə müraciət etməyib.
Ginnesin Rekordlar Kitabına görə, İngiltərədən olan 28 yaşlı Flossie dünyanın ən yaşlı pişiyi adına sahibdir.
Məryəm İlhamqızı