Bədənindəki döymələrlə Ginnesin Rekordlar Kitabına düşdü
    • 23-08-2024, 16:46
    • 321

Bədənindəki döymələrlə Ginnesin Rekordlar Kitabına düşdü

ABŞ sakini bədəninin 99,98 faizini döymə ilə örtməklə Ginnesin Rekordlar Kitabına düşüb.

News24.az xəbər verir ki, bu barədə UPI yazır.

KİV-in məlumatına görə, nailiyyətin müəllifi Konnektikutdan olan 36 yaşlı Esperans Lumineska Fuerzinadır. O, qadınlar arasında ən çox bədən döyməsi sayına görə Ginnesin Rekordlar Kitabına daxil edilib.

Fuerzina bildirib ki, o, ilk döyməsini təxminən 15 il əvvəl etdirib. Bundan əlavə, amerikalının çoxlu pirsinqləri də var. 

Qadın bədəninin 99,98 faizi döymələrlə örtülməsinə baxmayaraq, Fuerzina bununla dayanmağı planlaşdırmır.

Məryəm İlhamqızı