Dünyanın ən yaşlı adamı öldü
    • 3-04-2024, 12:10
    • 570

Dünyanın ən yaşlı adamı öldü

Venesuela sakini, dünyanın ən yaşlı adamı Xuan Visente Peres Mora 115 yaşında vəfat edib. 

News24.az xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro məlumat verib.

“Dünyanın ən yaşlı insanı kimi “Ginnesin Rekordlar Kitabına” düşən Xuan Visente Peres Mora 115 yaşında vəfat etdi. Onun ailəsinə səbr arzu edir və El Kobre şəhərinin bütün sakinlərinə başsağlığı verirəm”, - deyə Maduro X-də (keçmiş Twitter) yazıb.

El Nacional qəzetinin məlumatına görə , Perez Mora 115 yaşında tənəffüs yollarında yaranan ağırlaşmalar səbəbindən vəfat edib. 

Mehriban Mirzəzadə