Super Qanlı Ay tutulması yaxınlaşır

Super Qanlı Ay tutulması yaxınlaşır Dünya

2024-cü ilin son Ay tutulması olan Super Qanlı Ay tutulması demək olar ki, yaxınlaşır. 

News24.az xəbər verir ki, baş verəcək səma hadisəsində Yer Günəşlə Tam Ay arasından keçəcək və Günəşin kölgəsi Ayın səthinə düşəcək. 

Beləliklə, Ay özündən 14% daha böyük görünəcək və qırmızıya çevriləcək. 

Super Qanlı Ay tutulması 2024-cü il sentyabrın 17-dən 18-nə keçən gecə baş verəcək.

Məlumat üçün qeyd edək ki, Super Qanlı Ay tutulması üç səma hadisəsinin bir araya gəldiyi zaman baş verən nadir astronomik hadisədir.

Bu 3 səma hadisəsi aşağıdakı kimi sıralanır;

Super Ay: Ay Yerə ən yaxın olduqda (perige) daha böyük və parlaq görünür. Bu vəziyyət Super Ay adlanır.

Qanlı Ay: Ay tutulması zamanı Ay Yerin kölgəsinə girəndə tam qaranlıq olmur. Bunun əvəzinə günəş şüaları Yer atmosferindən sınaraq Aya çatır və onun qırmızımtıl rəng almasına səbəb olur. Bu qırmızı rəng Qanlı Ay adlanır.

Ay tutulması: Ay tutulması Yer, Günəş və Ay düzləndikdə baş verir. Bu vaxt Yerin kölgəsi Aya düşür.

Məryəm İlhamqızı