-
- 16-09-2024, 23:05
- 505
İki yaşlı körpə soğan tarlasında ölü tapıldı - Daha bir qətl?
Türkiyənin Konya şəhərində 2 yaşlı körpə tarlada ölü tapılıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, hadisə Konyanın Kulu rayonunda baş verib. Soğan tarlasında çalışan mövsümi fəhlə ailəsi 2 yaşlı körpələri Yusuf Ç-ni çadırda hərəkətsiz tapıb. Ailə tərəfindən xəstəxanaya çatdırılan körpənin öldüyü müəyyən edilib.
Ölüm hadisəsi ilə bağlı istintaq başlanıb.
Faktla bağlı şübhəli məqamların olduğu bildirilib.
Xatırladaq ki, Türkiyə son günlər iki dəhşətli olayla çalxalanır. Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güran cinayəti ilə bağlı istintaq davam edir. Bununla yanaşı, Tekirdağ vilayətinin Malkara rayonunda 2 yaşlı körpə qız uşağının qonşularının 13 və 14 yaşlı oğulları tərəfindən döyülərək cinsi istismara məruz qalması ilə bağlı qaranlıq qalan məsələlərin aydınlaşdırılması istiqamətində də araşdırma aparılır.