-
- 11-09-2024, 16:24
- 513
Anası tərəfindən döyülən 2 yaşlı körpənin beyninə qan sızdı
Ötən gecə Türkiyənin Tekirdağ bölgəsində yaxınları tərəfindən xəstəxanaya gətirilən 2 yaşlı körpə qız uşağının döyüldüyü məlum olub.
News24.az medianews.az-a istinadən xəbər verir ki, körpənin bədənində döyülmə izlərinə rast gəlinib.
Məlumata görə, körpə beyin qanaması şübhəsi ilə əməliyyat olunub.
S.Y. adlı körpə beyin əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Onun həyati təhlükəsi davam edir.
Körpənin anası həbs edilib, 4 nəfərin dindirilməsi davam edir.