Dünyanın ən güclü B12 mənbəyi: Beyni yaxşılaşdırır, sümükləri gücləndirir
    • 17-09-2024, 12:21
    • 641

Dünyanın ən güclü B12 mənbəyi: Beyni yaxşılaşdırır, sümükləri gücləndirir

Sağlam bədənə sahib olmaq üçün sağlam qidalarla qidalanma siyahınızı yaratmalısınız. Bədənin zülal ehtiyacını ödəmək, kalsium və B12 səviyyəsini artırmaq üçün bəzi qidaların istehlakını artıra bilərsiniz. Ümumiyyətlə hər süfrədə rast gəlinən, lakin faydası bilinməyən kəsmik ən sağlam qidalardan biridir.

Zülal, B12 vitamini və kalsium qaynağı ilə zəngin olan kəsmik sümük və əzələ sağlamlığını dəstəkləyir. Eyni zamanda, beyin funksiyalarını yaxşılaşdırır, probiyotiklərlə bağırsaq sağlamlığını dəstəkləyir və qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir. 

News24.az ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) məlumatına istinadən xəbər verir ki, bir stəkan az yağlı kəsmik gündəlik protein qəbulunuzun 48%-ni və gündəlik kalsiumun 23%-ni təmin edə bilər. Tərkibində sümüklərin və dişlərin möhkəmlənməsinə kömək edən fosfor da var.

Kəsmik yüksək keyfiyyətli proteinin yaxşı mənbəyidir və sümük və əzələ sağlamlığınızı gücləndirməyə kömək edə bilər. Kəsmikə özünəməxsus teksturasını verən kazein zülalı əzələlərin parçalanmasını və ağrısını azaldan və əzələ böyüməsini dəstəkləyən çoxlu əvəzolunmaz amin turşularına malikdir.

Qeyd edək ki, müntəzəm olaraq kəsmik istehlak etmək beyin sağlamlığınızı artıra bilər. Çünki onun tərkibində sağlam beyin funksiyalarını dəstəkləyən yüksək səviyyədə B12 vitamini var. Bunu səhər yeməyinizə əlavə etmək gün ərzində daha yaxşı diqqət və enerji səviyyələri üçün tövsiyə olunur.

Kəsmik diabet xəstələri üçün əla səhər yeməyi ola bilər, çünki tərkibində yüksək protein tərkibi də qan şəkərinin səviyyəsinin qarşısını almağa kömək edə bilər. 

Günel Məlikzadə