Xiyarı üzünüzə belə çəkin - gözlərinizə inana bilməyəcəksiniz
    • 17-09-2024, 23:58
    • 657

Xiyarı üzünüzə belə çəkin - gözlərinizə inana bilməyəcəksiniz

Səhər yeməyinin və salatların əvəzolunmazı olan xiyar təkcə sağlam qida deyil. Xiyardan dərinizə çəkərək də faydalana bilərsiniz.

News24.az xəbər verir ki, rəndələnmiş xiyarın dəri üçün faydaları bunlardır:

Dərinin tonunu bərabərləşdirir: Xiyarı rəndələyib dəriyə sürtmək dəri tonunun bərabərsizliyini aradan qaldırır və dərinin hər bir hissəsinin eyni tonda görünməsinə kömək edir. Dərini işıqlandıran və parlaq edən xiyar həm də dərini təmiz saxlayır.

Dərini nəmləndirir və sıxır: Dəriyə xiyar çəkmək dərinin uzun müddət nəm qalmasına kömək edir. Tərkibində yüksək miqdarda su olan xiyar dəridəki məsamələri sıxaraq sızanaqların yaranmasının da qarşısını alır.

Dəri ləkələrini yox edir: Xiyarın dəriyə sürtülməsi dəridəki qara dairələrin və ləkələrin yox olmasına kömək edir. Təbii büzücü xüsusiyyətləri ilə qan damarlarını daraldır və tünd görünüşü aradan qaldırır.

Məryəm İlhamqızı