Maşın marketə girdi -
    • 18-09-2024, 19:36
    • 275

Maşın marketə girdi - "elə bildim lotereya var"

Kocaelidə avtomobil sürücüsü sükan hakimiyyətini itirərək marketə girib.

News24.az xəbər verir ki, marketin pəncərəsi parça-parça olarkən içəridə heç kimin olmaması fəlakətin qarşısını alıb. 

Sürücü də qəzadan xəsarət almadan xilas olub. 112 Təcili Zəng Mərkəzinə edilən məlumatın ardından ünvana polis qrupları sövq edilib. Polis qəza ilə bağlı protokol tərtib edib. Sınıq şüşələr təmizləndikdən sonra avtomobil marketdən çıxarılıb.

Maşını görəndə təəccüblənən  Ferhat Coşkun, "Maşını marketdə görəndə elə bildim ki, lotereya var. Sonra anladım ki, vəziyyət başqadır, qəza keçirib. Məncə, sürücü əyləc əvəzinə qaza basıb”, - sözlərini deyib.

Məryəm İlhamqızı