-
- 18-09-2024, 13:46
- 251
Dünya futboluna ağır itki üz verdi
Dünya futboluna ağır itki üz verib.
News24.az qol.az-a istinadla xəbər verir ki, İtaliyanın əfsanəvi futbolçularından olmuş Salvatorre Skillaçi 59 yaşında dünyasını dəyişib.
O, bir müddət müalicə olunduğu xərçəng xəstəliyi səbəbindən vəfat edib.
"Toto" ləqəbli Skillaçi 1990-cı ilin dünya çempionatında nümayiş etdirdiyi oyunla italyanlar üçün ikona halına gəlmişdi.
O, həmin yarışda 6 qol vuraraq mundialın bombardiri adını qazanmışdı.
İtaliyanın DÇ-1990-da üçüncü yer tutmasında böyük pay sahibi olan Skillaçi həmin il "Qızıl buts" və FİFA-nın "Qızıl top" mükafatını qazanmışdı.