-
- 18-09-2024, 15:29
- 8 544
Əhaliyə MÜHÜM XƏBƏR: 1326 manat olacaq...
2025-ci ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqının 1 080 manata çatacağı proqnozlaşdırılır.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da bildirilib.
Qeyd edilib ki, ölkədə orta maaş 2026-cı ildə 1156 manata, 2027-ci ildə 1238 manata, 2028-ci ildə isə 1326 manata çatacaq.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 % artaraq 1002 manat təşkil edib.