-
- 18-09-2024, 21:05
- 275
Aİ məhkəməsi Qualcomm-u cərimələdi
Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Ümumi Məhkəmə, 5 il əvvəl Aİ Komissiyasının kəsdiyi cəriməyə qarşı Qualcomm-un açdığı işdə qərarını açıqlayıb.
News24.az xəbər verir ki, Məhkəmə Aİ Komissiyasının Qualcomm-a bazardakı dominant mövqeyindən sui-istifadə etdiyinə görə təyin etdiyi cəriməni cüzi azalma ilə münasib hesab edib.
Qərarda, "Ümumi Məhkəmə, Komissiyanın tətbiq etdiyi 242 milyon avro cərimənin məbləğini təxminən 238,7 milyon avro olaraq təyin etdi" qeyd edilib.
Xatırladaq ki, 2019-cu ildə Aİ Komissiyası çip istehsalçısı Qualcomm-u 2009-2011-ci illərdə maya dəyərindən aşağı sataraq rəqabət qaydalarını pozduğuna görə 242 milyon avro cərimələyib.
Qualcomm cəriməyə qarşı məhkəmə prosesi başladıb.
Günel Məlikzadə