-
- 20-07-2024, 17:15
- 271
Nigeriya höküməti “Meta” şirkətini cərimələdi
Nigeriya hakimiyyəti Amerikanın “Meta” şirkətini şəxsi məlumatlardan istifadə qaydalarını pozduğuna görə 220 milyon dollar cərimələyib.
News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Respublika Rəqabət və İstehlakçı Komissiyasının baş direktoru vəzifəsini icra edən Adamu Abdullahi Abucada keçirilən brifinqdə bildirib.
Abdullahinin sözlərinə görə, “Meta” həm də ayrı-seçkilik və bazardakı dominant mövqeyindən sui-istifadə edib.
Nigeriyanın bir neçə dövlət qurumunun iştirak etdiyi araşdırma 2021-ci ilin mayından 2023-cü ilin dekabrına qədər aparılıb.