-
- 18-09-2024, 15:42
- 27 501
SON DƏQİQƏ! Azərbaycanda dollarla bağlı qərar verildi – Nazirlikdən AÇIQLAMA
2025-ci ildə Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Xatırladaq ki, 1 aya yaxındır yerli mediada devalvasiyanın olacağına dair xəbərlər yayılırdı. İctimaiyyət və bəzi ekspertlər dolların bahalaşacağını, nazirlik isə eyni səviyyədə qalacağını deyir.
News24.az xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı Emin Qəribli deyib ki, devalvasiyanın olmasına dair heç bir əlamət yoxdur.
Onun sözlərinə görə, Azərbaycanın makroiqtisadi göstəricilər kifayət qədər stabildir:
“Düzdür, neftin qiymətində indi cüzi enmə var, amma devalvasiya söhbəti artıq 2-3 aydır ki, gedir. Onda heç neftin qiymətində eniş də yox idi. Tədiyyə balansına baxsaq, görərik ki, devalvasiyanın olacağına dair bir əlamət yoxdur. Bilirik ki, bizdə böyük tədbirlər keçirilir. “Formula-1” yarışları keçirildi, qarşıdan COP29 gəlir. Bununla əlaqədar Azərbaycana çoxlu turistlər, qonaqlsr gələcək. Buna görə də, əksinə, ABŞ dollarına olan təlabat çoxalacaq”.
İqtisadçının fikrincə, 2025-ci ildə dollar olduğu səviyyədə qalacaq:
“İndi kifayət qədər stabil bir dövrdür. Bahalaşma üçün ehtimal görmürəm. Bunlar Mərkəzi Bank tərəfindən tənzimlənir. Təbii ki, qərarı da onlar qəbul edirlər”./Globalinfo.az