Dollar təşvişi: rəsmi qurumların susqunluğu şübhələri artırır
    • 4-09-2024, 11:49
    • 1 180

Dollar təşvişi: rəsmi qurumların susqunluğu şübhələri artırır

Artıq bir müddətdir ki, bəzi ekspertlər Azərbaycanda devalvasiyanın olacağını iddia edir. Lakin nədənsə rəsmi qurum dolların bahalaşacağı ilə bağlı deyilənlərə izahat vermir. 

Maraqlıdır ki, iyul ayında xəbər yayılmışdı ki, Donald Tramp ABŞ-da hakimiyyətə gəlsə, dolları ucuzlaşdıracaq.

Hazırda dünya siyasətində, iqtisadiyyatında, Azərbaycanın mövcud vəziyyətində reallıq nədir, nə gözlənir: dollar bahalaşa və ya ucuzlaşa bilərmi?

News24.az bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Emin Qəriblinin sözlərinə görə, bu gün Azərbaycanın makroiqtisadi göstəricilərinə nəzər yetirsək görərik ki, hər hansı bir böhran yoxdur.

Onun fikrincə, dolların bahalaşmasından danışmaq tezdir:

“Deməzdim ki, devalvasiya gözlənilmir, amma hazırda dolların bahalaşması üçün səbəb yoxdur. İqtisadiyyatımıza baxsaq görərik ki, vəziyyət kifayət qədər müsbətdir. Bahalaşma üçün də hər hansı bir əlamət görmürəm. Bizim valyuta və resurslarımız var və bunu dövlət tənzimləyir. Bundan başqa, Azərbaycanda tədbirlər keçirilir, turistlər gəlir və ölkəyə dollar daxil olur. Hələlik burada təhlükə hiss etmirəm və devalvasiyanın olması haqda danışa bilmərəm”.