Şəkərli diabet riskini bu yolla azaldın
    • 18-09-2024, 20:25
    • 594

Şəkərli diabet riskini bu yolla azaldın

Yuxu maskası ilə yatmaq sirkadiyalı ritmləri normallaşdırır, bununla da qan şəkərinin səviyyəsini aşağı salır və diabetin inkişafının qarşısını alır. 

News24.az xəbər verir ki, bu barədə Daily Mail-ə britaniyalı həkim Rob Qallovey məlumat verib.

Həkim aydınlaşdırıb ki, yuxu maskası gecə vaxtı lazımsız işıqlandırmanın görmə orqanlarına təsirinin qarşısını alır. Fakt budur ki, gecə çox işıq insanın təbii sirkadiyalı ritmlərində pozuntulara səbəb olur, bu da maddələr mübadiləsinə mənfi təsir göstərir, artıq çəki və diabetin inkişaf riskini artırır.

Avstraliyanın Flinders Universitetinin alimləri 84 min könüllünün iştirakı ilə araşdırma aparıblar. İştirakçılara bir həftə ərzində gecə saatlarında məruz qaldıqları işığın miqdarını qiymətləndirmək üçün portativ monitorlar verilib. Əldə edilən məlumatlar sonrakı səkkiz illik təqib zamanı 2-ci tip diabetin tezliyi ilə bağlı məlumatlarla müqayisə edilib.

Nəticələr göstərib ki, otağın normaldan 20% daha çox işıqlandırması ilə yatmaq diabetin inkişaf riskini 29% artırır. İşığa məruz qalmanın 20-40% artması bu xəstəliyin ehtimalının 39% artması ilə əlaqələndirilib.

Doktor Qaloveyin fikrincə, işıqlı otaqda zəif gecə istirahəti insulinə həssaslığı və ya hüceyrələrin hormona reaksiyasını poza bilər. Orqanizmdə insulinin tənzimlənməsinin pozulması qanda şəkərin konsentrasiyasının artmasına gətirib çıxarır ki, bu da öz növbəsində şəkər xəstəliyinə səbəb olur. Bundan əlavə, zəif yuxu, iştahı stimullaşdıran və insanların həddindən artıq yağlı və şəkərli qidalardan istifadə etməsinə səbəb olan qrelin hormonunun səviyyəsini artırır.

Məryəm İlhamqızı