Həkimlərdən xəbərdarlıq: Gecə yuxusunun azalması ciddi fəsadlara yol aça bilər
    • 1-08-2024, 22:49
    • 671

Həkimlərdən xəbərdarlıq: Gecə yuxusunun azalması ciddi fəsadlara yol aça bilər

Gecə yuxusu vaxtının bir qədər azalması insulin müqavimətinə və şəkərli diabetin inkişafına, həmçinin çəki artımına səbəb ola bilər.

News24.az oxu.az-a istinadla xəbər verir ki, fikri Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru, tibb elmləri doktoru Vera Larina deyib.

O qeyd edib ki, böyüklər üçün gündə yeddi-doqquz saat yuxu kifayətdir və gecə saat 22:00-23:00-da yatmaq məsləhətdir, çünki məhz bu dövrdə orqanizm yuxu hormonu - melatonin istehsal edir. Onun maksimum dozası yığıldıqda, yuxuya getmək daha asandır. dirnaq modelleri

"Melatonin insan orqanizminin bioritmlərini sinxronlaşdırır və ömrü uzadır", - deyə həkim izah edib.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko isə bildirib ki, gündə 6 saatdan az yatan insanların erkən ölüm riski 30% çoxdur. Həmçinin, yuxu azlığı idrak funksiyasını və məhsuldarlığı 40% azalda bilər.