Peycerlərlə bağlı ŞOK İDDİA - MOSSAD Macarıstanda gizli şəkildə...
    • 19-09-2024, 08:53
    • 320

Peycerlərlə bağlı ŞOK İDDİA - MOSSAD Macarıstanda gizli şəkildə...

İsrailin kəşfiyyat xidməti (Mossad) Macarıstanda gizli şəkildə BAC şirkəti yaradıb və peycerlər istehsal edib. Bu cihazlar yalnız Livan "Hizbullah"ına satıb.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr iddia edir ki, bunlar, son iki gündə bütün Livanda və hətta Suriyada partlayan eyni peycerlərdir.

Macarıstanın baş nazirinin ofisində beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç isə bildirib ki, sözügedən qurğular heç vaxt Macarıstanda olmayıb, "BAC Consulting" şirkəti sadəcə vasitəçi olub.